- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Sərbəst güləşçilərimizin Türkiyə toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, yığmamız yanvarın 13-dək qardaş ölkədə həm fiziki, həm də taktiki-texniki məşqlər keçəcək.
Komanda üzvləri asudə vaxtlarını İstanbulun gəzməli-görməli yerlərində, tanınmış alış-veriş mərkəzlərində keçirirlər. Olimpiya mükafatçılarımız Toğrul Əsgərov (70 kq), Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (86 kq) şəhərin gur ticarət məkanında bir araya gələrək foto-obyektiv önündə poz veriblır. Çempionların hərəsi ayrı-ayrı idman geyimlərinində olub.
Yığmanın kapitanı milli brend “İl’Azero”ya üstünlük verib.