- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya, İnstaqram hesabında gözüyaşlı fotosunu paylaşaraq, rusiyalıların eyni həyəcan keçirməsini arzulayıb. Allsport.az saytı xəbər verir ki, o, evsiz qaldıqlarını yazıb. Legionçumuz doğma ölkəsini tərk etməyə çalışır, amma komendant saatı olduğuna görə maneələr yaranıb.
Yenisabah.az nə baş verdiyini soruşmaq üçün, onunla əlaqə saxlayıb. Telefona həyat yoldaşı Həmid Əliyev cavab verərək, hazırda cüdoçumuzun vəziyyətinin çox da yaxşı olmadığını deyib: “İrina danışacaq halda deyil. Ukraynadan çıxmışıq, lakin komendant saatı olduğuna görə hələ də çata bilməmişik, 4-5 saatlıq yolumuz qalıb. Çatdığımız zaman ətraflı məlumat verəcəyik. İrinanın sağlığı yerindədir, problem yoxdur. Sadəcə olaraq, bir az yorğundur, özünü pis hiss edir”.
Soydaşımız evlərinə raket düşdüyünü, bu səbəbdən yaşadıqları İrpen şəhərini tərk etdiklərini bildirib, lakin hara yollandıqlarını deməyib: “Raket bizim evə atılıb. 1000 mənzilli binaya, balaca şəhərciyə raket atıblar. Həmin raket gəlib bizim evin balkonundakı qaz turbasını partladıb. Hələ ki, evin vəziyyəti necədir, bilmirik”.
İrina Ximelnitski vilayətinin Kameneç-Podolsk şəhərində doğulub. Ora Ukraynanın qərb hissəsində yerləşir, o bölgədə savaş yoxdur. İdmançımızın qaldığı məkan Kiyev vilayətindədir. Paytaxt civarı müharibənin ən qızğın nöqtələrindən biridir.
Kindzerskaya 2017-ci ildən millimizin şərəfini qoruyur. Kifayət Qasımova ilə Ramilə Yusubovadan sonra qadın komandamıza nüfuzlu arenalarda medal qazandıran idmançıdır – qitə və dünya çempionatları, Avropa və İslam oyunlarının mükafatçısıdır; Tokio-2020-də bürünc medal qazanıb. Yay olimpiya oyunlarından sonra hələlik heç bir yarışa qatılmayıb.
Allsport.az onun Azərbaycanla bağının qalıb-qalmaması ilə maraqlanıb. ACF-in mətbuat katibi İrinanın millimizdə qaldığını deyib. Ukraynada savaşın olacağı isə 1 ay öncədən bəlli idi. Belə olan halda, Azərbaycan cüdo federasiyası onu və ailəsinə niyə yardlm etməyib? Düzünə qalsa, Kindzerskaya indi ölkəmizdə olmalı, qadın yığması ilə təlim-məşqə iştirak etməli, növbəti yarışlara hazırlaşmalıydı. Nəzərə alınmalı idi ki, o, böyük arenalarda medal qazanan yeganə cüdoçudur. ACF-də rəhbərlik dəyişəndən, komandalara nəzarət itib. Məhz bu səbəbdərdir ki, Portuqaliya qran-prisində (28-30 yanvar) və Tel-Əviv “Böyük dəbilqə”sində (17-19 fevral) kişi komandasının xeyli üzvünün COVİD-19 testi pozitiv çıxmış, nəticədə onlar yarışı buraxaraq, karantinə alınmışdılar. Belə kütləvi hal digər idman növlərində yarışda test verən zaman qeydə alınmayıb.