- Baxış sayı: 39
- 01 Aprel 2025 12:50
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Azərbaycan milli antidopinq agentliyi (AMADA) Paris-2024-ə vəsiqə qazanmış güləşçilər üçün maarifləndirici seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, Qubada keçirilən mə.ğələdə yay olimpiya oyunlarına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.
Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, Terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.
Paris-2024-də ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.