- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 157
- Mart 26, 2026
- 0

Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, Tiflisdə oynanılan görüşdə “Olimpiya” Bakının “İdman Akademiyası”nı 31:26 üstələyib. Bu, Gürcüstan təmsilçisinin çempionatda ilk qələbəsidir.
Komandalar arasında qonşu paytaxtda təşkil olunan ilk qarşılaşmada 24:24 hesablı nəticə qeydə alınıb. Azərbaycan çempionatında mübarizə aparan “Olimpiya” razılaşmaya əsasən, 20 oyundan 10-nu Bakıda, qalanlarını öz yerində keçirəcək.