- Baxış sayı: 138
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Keçmiş UFC çempionu Çarlz Oliveyra Dastin Poryenin karyerasını bitirmək qərarını şərh edib.
Allsport.az xəbər verir ki, keçən həftəsonu Porye UFC-də vida döyüşünü keçirib.
O, gərgin keçən görüşdə Maks Holloueyə uduzub. Qarşılaşma Nyu Orleanda (ABŞ) UFC 318 turniri çərçivəsində baş tutub.
Braziliyalı Oliveyra sosial şəbəkədə “Təşəkkür edirəm, brilyant!. Rinqi səninlə bölüşmək və döyüşlərini izləmək mənim üçün böyük şərəf idi” yazıb.