- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilir. Allsport.az saytı xəbər verir ki, yarışda 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edəcək. Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparacaq.
Oğlanlar arasında ölkə birinciliyinin final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Qızların mübarizəsində isə həlledcici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışacaq.
Komandalar 2 qrupda mübarizə aparacaq. Azərbaycan birinciliyinin reqlamentinə əsasən qrupda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. Belə ki, A qrupunun lideri B qrupunda ikinci yerin sahibi ilə yarımfinalda üz-üzə gələcək.
İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF arena”da keçiriləcək. Yarışın qaliblərinə diplomlar təqdim olunacaq.