Ölkə birinciliyinin fərdi yarışları başa çatdı
12 yanvar 2025 / 10:28 Baxış sayı: 34 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə ölkə birinciliyinin fərdi yarışlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, yarış Azərbaycan cüdo federasiyası və gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
9-11 yanvarda Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib. 96 klub, cəmiyyət və idman təşkilatından olan 662 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 2-ci yerə “Cüdo Klub 2012”, 3-cü yerə isə respublika kompleks idman məktəbi layiq görülüb. 29 komanda müxtəlif əyarlı medal qazanıb.
Oğlanlar
50 kq
- İbrahim Talıbov (Bakı şəhəri 6 nömrəli İOEUGİM)
- Anar Quliyev (Respublika kompleks idman məktəbi)
- Rza Xəlili (Respublika olimpiya idman liseyi)
- Ceyhun Hüseynli (Bakı şəhəri 10 nömrəli İOEUGİM)
55 kq
- Rəsul Əlizadə (Şuşa UGİM)
- Məhəmmədəli Hüsüyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Nicat Şıxızadə (Qobustan)
- Rüstəm Qasımzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
60 kq
- Zeyd Ələsgərov (“Cüdo Klub 2012”)
- İlkin Qarayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
- Nəcəf Nəsrullayev (Abşeron Xırdalan)
- Röyal Qayıbov (Qobustan)
66 kq
- Əli Hümbətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Özqan Quliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
- Ümüd Əbdülov (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
- Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
73 kq
- Məhəmməd Ağakişiyev (“Cüdo Klub 2012”)
- Səid Şərifov (“Cüdo Klub 2012”)
- Ayxan Həsənli (“Cüdo Klub 2012”)
- Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
81 kq
- Amin Mehdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Abdullah Rəhmətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Ömər Axundov (10 nömrəli UGİM)
- Məhəmməd Abbasəli (Respublika kompleks idman məktəbi)
90 kq
- Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Emin Şirinov (“Cüdo Klub 2012”)
- Səid Hüseynov (Qəbələ Bakı)
- Əmir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
+90 kq
- Tunar Fərzəliyev (“Cüdo Klub 2012”)
- Sübhan Axundov (Bakı şəhəri 10 nömrəli İOEUGİM)
- Elşən Fərzəliyev (İmişli)
- Cavidan Məsimov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
Qızlar
40 kq
- Mədinə Hüseynova (Saray İK)
- Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Sunay Salamova (Ağsu)
- Leyla Mirzəzadə (Şuşa UGİM)
44 kq
- Nigar Məmişova (Neftçi idman klubu Sumqayıt)
- Gülşən Hüseynova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
- Gülnara Qasımova (Şahin 313 İK)
- Xədicə Abdullayeva (Çempion 74 İK)
48 kq
- Leyla Ələkbərova (Çempion 74)
- Nərmin Ağamirzəzadə (Respublika kompleks idman məktəbi)
- Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
- Nərgiz Əhmədova (Çempion 74)
52 kq
- Aysun Məmmədova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
- Qızılgül Əkbərova (Məhsul İC)
- Tövsiyyə Babayeva (Qəbələ Bakı)
57 kq
- Səmayə Yusifli (Balaxanı İM)
- Nəzakət Vəliyeva (Qədiroğlu İK)
- Diana Eldarova (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
63 kq
- Fidan Cəlilli (Respublika kompleks idman məktəbi)
- Ayan Əliyeva (Neftçi İK)
- Aydan Bağırli (Cüdo Klub 2020 İK)
- Zəhra Hüseynzadə (Xəzri İK)
70 kq
- Mələk Bayramlı (DİN İC)
- Məsumə Məmmədli (“Cüdo Klub 2012”)
- Zəhra Quliyeva (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
- Rəna Əhmədova (Qəbələ şəhəri)
+70 kq.
- Zemfira Əliyeva (Bakı şəhəri 2 nömrəli İOEUGİM)
- Nərgiz Vəlizadə (Cüdo Klub 2012)
- Aysu Quliyeva (Cüdo Klub 2012)
- Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)