Ölkə birinciliyinin ilk yarış günü

Ötən gün cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçuların fərdi və komandalar arasında ölkə birinciliyinin ilk yarış günü keçirilib.

Allsport.az xəbər verir ki, fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 5 çəkidə 191 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ilk günündə oğlanlar arasında 60 kq və 81 kq çəki dərəcələrində, qızlar arasında isə 40 kq, 48 kq və 63 kq çəki dərəcələrində qaliblər bəlli olub.

60 kq

1. Zeyd Ələsgərov (Cüdo Klub 2012)

2. İlkin Qarayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Nəcəf Nəsrullayev (Abşeron Xırdalan)

3. Röyal Qayıbov (Qobustan)

81 kq

1. Amin Mehdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Abdullah Rəhmətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Ömər Axundov (10 nömrəli UGİM)

3. Məhəmməd Abbasəli (respublika kompleks idman məktəbi)

Qızlar

40 kq

1. Mədinə Hüseynova (Saray İK)

2. Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Sunay Salamova (Ağsu)

3. Leyla Mirzəzadə (Şuşa UGİM)

48 kq

1. Leyla Ələkbərova (Çempion 74)

2. Nərmin Ağamirzəzadə (respublika kompleks idman məktəbi)

3. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli İOEUGİM)

3. Nərgiz Əhmədova (Çempion 74)

63 kq

1. Fidan Cəlilli (respublika kompleks idman məktəbi)

2. Ayan Əliyeva (Neftçi İK)

3. Aydan Bağırli (Cüdo Klub 2020 İK)

3. Zəhra Hüseynzadə (Xəzri İK)

Həmin kateqoriyadan