Ölkə çempionatına hazırlıqla bağlı iclas

Azərbaycan həndbol federasiyasında 31-ci ölkə çempionatına hazırlıqla bağlı iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman nazirliyi, federasiyanın nümayəndələri, məşqçilər və hakimlər iştirak ediblər.

5 dövrədən ibarət olan kişilərin yarışında 21 tur olacaq. 9 turu əhatə edəcək 1-ci mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaqlar. 2-ci mərhələdə isə 1-4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcəklər. 5-9-cu yerlərin sahibləri 1 ev və 1 səfər matçında meydana çıxacaqlar.

Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilkin 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaqlar. Kişilərin turnirində olduğu kimi, burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni 5-7-ci yerlərdə tamamlayanlar 2 dəfə üz-üzə gələcək.

31-ci ölkə çempionatı oktyabrın 18-də başlayacaq. İştirakçıları maraqlandıran suallara cavab verildikdən sonra, püşkatma mərasimi keçirilib. Xatırladaq ki, yeni mövsümdə ölkə çempionatında kişilərdən ibarət 9, qadınlardan ibarət 7 klub mübarizə aparacaq.

Həmin kateqoriyadan