Ölkə çempionatında 237 cüdoçu

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub.

Allsport.az xəbər verir ki, turnirin püşkatma mərasimi dekabrın 4-də keçiriləcək.

Fərdi mübarizələr 5–6 dekabrda saat 09:00-da start götürəcək. Komanda yarışının seçmə görüşləri isə 7 dekabr saat 10:00-da başlayacaq. Hər üç gündə final blokları saat 17:00-da təşkil olunacaq.

Ölkə çempionatının rəsmi açılış mərasimi 6 dekabr saat 16:15-də baş tutacaq.

Bakı idman sarayında keçiriləcək yarışda 14 çəki dərəcəsində 54 klub və idman cəmiyyətindən olan 237 cüdoçu (179 kişi, 58 qadın) ölkə çempionu adı uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan