- Baxış sayı: 317
- 02 Dekabr 2024 20:12
- Baxış sayı: 317
- Dekabr 02, 2024
- 0
Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, 29-30 noyabrda Bakı idman sarayında baş tutan fərdi yarışlarda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Yarışda 60 klub, cəmiyyət və idman təşkilatından olan 324 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Fərdi yarışların ikinci günü qadınlar arasında 48 kq., 52 kq. və 57 kq. çəki dərəcələrində, kişilər arasında isə 81 kq., 90 kq., 100 kq. və +100 kq. çəki dərəcələrində 112 cüdoçu arasında qaliblər müəyyənləşib.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 4 qızıl, 5 gümüş və 5 bürünc medalla “Neftçi” idman klubu çıxıb. 2-ci yerdə 3 qızıl, 2 gümüş və 5 bürünc medalla “Atilla” idman klubu, 3-cü yerə isə 3 qızıl, 1 gümüş və 3 bürünc medallar “Cüdo klub 2012” layiq görülüb. 18 komanda müxtəlif əyarlı medal qazanıb.
Fərdi yarışların ikinci gününün qaliblərinin siyahısını təqdim edirik:
Qadınlar
48 kq.
52 kq.
57 kq.
Kişilər
81 kq.
90 kq.
100 kq.
+100 kq.