- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan basketbol liqasında (ABL) final seriyasının təqvimi açıqlanıb.
Allsport.az xəbər verir ki, son çempion “Sabah” və “Xəzri” arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.
Çempionluq uğrunda qarşılaşmalar “Sərhədçi” idman mərkəzində keçiriləcək. Final seriyasının ilk oyunu mayın 16-da baş tutacaq.
İkinci matç ayın 19-da, üçüncü duel 22-də təşkil olunacaq. Əgər komandalardan biri üç qələbə qazanmasa, dördüncü oyun mayın 24-də, beşinci qarşılaşma 28-də keçiriləcək.
Qeyd edək ki, bütün oyunlar saat 19:30-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Final seriyasında üç qələbə qazanan komanda çempion olacaq.