- Baxış sayı: 302
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0

Azərbaycanın 3 məşhur güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, sərbəst güləşçilərdən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) ilə olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.
Hər 2 idmançı Tokio-2020 yay olimpiya oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.
Yunan-Roma güləşində isə Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində yarışan son dünya çempionu zədə səbəbindən turnirdən kənarda qalacaq.
Rafiq Hüseynov Tokio-2020 yay olimpiya oyunlarında bürünc, Hacı Əliyev isə gümüş medal qazanıb. Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.