Ölkə çempionu “Gənclər Birliyi” ilə oyuna yeni baş məşqçinin rəhbərliyi ilə çıxacaq

Sabah qadınların ölkə çempionatında təxirə salınmış 1 görüş keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Nur” klubu paytaxtda “Gənclər Birliyi” ilə qarşılaşacaq.

Mingəçevir təmsilçisi bu matça yeni baş məşqçi Oleq Malçevin rəhbərliyi ilə çıxacaq. Rusiyalı mütəxəssisin sələfi Valeri Qonçar ümidləri doğrultmadığı üçün, o, qış fasiləsində geri göndərilib.

Son ölkə çempionu hazırda superliqada 8 xalla 6 komanda arasında 4-cü yerdədir. Şimallı çalışdırıcının son iş yeri “Dinamo-Sinara” olub. O, volqaqradlılarda ümumi fiziki hazırlıq və bərpa üzrə məşqçi idi.

Həmin kateqoriyadan