- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, “Nur” Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində “Qarabağ”ı qəbul edib.
Gərgin mübarizədə qonaqlar ilk yarıda hesabda irəlidə olsa da, fasilədən sonra tədricən təşəbbüsü rəqibə verib. Görüşün son saniyələrində hesab bərabər olarkən, “Qarabağ” hücum edib. Amma dirəyə dəyən topu ələ keçirən ölkə çempionunu həndbolçuları əks-həmlədə dəqiq olublar – 31:30.
Turun digər görüşləri aprelin 14-də sonuna təyin edilib. “Azərsu” “Gənclərbirliyi”ni, “Azəryol” “İdman Akademiyası”nı sınağa çəkəcək.