- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 52
- Noyabr 21, 2024
- 0
“ABU arena”da həndbolçuların ölkə kubokunda əsas mərhələ başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə 5 qadın və 4 kişi komandası çıxış edirlər. Qadınların 1-ci qrupunda “Qarabağ” 37:25 hesabı ilə “İdman akademiyası”nı üstələyib. Qalib klub növbəti matçda “Gənclərbirliyi”nə də fürsət verməyib (42:21). “İdman akademiyası” da “gənclər”ə qalib gəlib – 39:30.
Digər qrupda çempionatın öncülləri – “Azəryol” və “Azərsu” qarşılaşdılar. İlk yarı 15:13 “yolçəkənlər”in xeyrinə bitdi. Növbəti hissənin gedişatı da Georgi Voronovun komandasının aşkar üstünlüyü ilə keçsə də, son 10 dəqiqədə toparlanan “Azərsu” 6 top geriliyi aradan qaldıraraq hesabı bərabərləşdirdi (28:28). Qalibi müəyyən etmək üçün 7-metrlik cərimə zərbələri oldu. Lotoreyada ölkə çempionu dəqiq oldu – 4:2. Yarımfinalda “Azərsu”
“İdman akademiyası” ilə, “Qarabağ” “Azəryol”la qarşılaşacaq.
Kişilərdə ilk oyun günü U-16 “Məhsul”a 21:41, “Təhsil” paytaxtın eyni adlı komandasına 30:40 hesablarıyla uduzub. “Bakı” U-16-ya da qalib gəlib (39:20). “Məhsul” isə “Təhsil”i 24:22 üstələyib. “Tələbələr” yeganə qələbəsini 16 yaşlı milli üzərində qazanıb (35:21).
Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında olunaq.