- Baxış sayı: 82
- 03 Dekabr 2024 15:19
- Baxış sayı: 174
- Dekabr 18, 2024
- 0
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ən böyük hesablı qələbəsi qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” rəqib meydanında “Keşlə”ni cavab oyununda 6:0 məyus edib. Bu, təkcə 1/4 final deyil, yarımfinal və finalı da saymaqla son üç mərhələnin ən böyük hesabıdır.
1992-ci ildən təşkil olunan yarışın bu mərhələsində indiyədək 6 və ya daha çox top fərqilə qalib gələn olmamışdı. Bunadək ən böyükhesablı nəticə 5 top fərqilə olub. 1/4 finalda dörd belə nəticə qeydə alınıb. Yarımfinal və finalı da nəzərə alsaq, həlledici üç mərhələdə ümumilikdə 5 dəfə beş top fərqinə təsadüf olunmuşdu.
Lakin “Qarabağ” bu raundlardakı bir matçda ən çox qol vuran komanda olmayıb. 2006/07 mövsümündə “Neftçi” “Turan”ı 1/4 finalda 7:2 hesabı ilə yenib. Səfərdə ən çox qol vuran komanda adına şərik çıxan ağdamlılara qədər “Kəpəz” 1994/95 mövsümündə Sumqayıtda “Xəzər”i 6:4 hesabı ilə məğlub edib.