- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

Bakı idman sarayının konfrans zalında basketbol üzrə Azərbaycan kubokunun (2025) püşkatma mərasimi baş tutub.
Allsport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində “Abşeron”-“Quba”, “Gəncə”-“Ordu”, “Lənkəran”-NTD, “Sumqayıt”-“Neftçi” oyunları keçiriləcəkdir. 28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə “Abşeron”-“Quba” cütünün qalibi “Naxçıvan” ilə, “Gəncə”-“Ordu” cütünün qalibi “Sərhədçi” ilə, “Lənkəran”-NTD cütünün qalibi “Şəki” ilə, “Sumqayıt”-“Neftçi” cütünün qalibi isə “Sabah” ilə qarşılaşacaqdır. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir.
1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır.