- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Bu gün Bakı idman sarayında basketbol üzrə Azərbaycan kubokunda yarımfinal oyunları baş tutub.
Allsport.az xəbər verir ki, günün birinci yarımfinal oyununda NTD klubu 86:83 hesabı ilə “Neftçi”yə qalib gələrək ilk finalçı olub.
İkinci yarımfinal görüşündə isə region təmsilçiləri üz-üzə gəliblər. “Gəncə” basketbolçuları 86:80 hesabı ilə “Naxçıvan” üzərində qələbə qazanaraq ikinci yarımfinalçı olublar.
NTD – “Gəncə” final oyunu martın 30-da Bakı idman sarayında keçiriləcək.