- Baxış sayı: 49
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında basketbol üzrə Azərbaycan kubokunda final oyunu baş tutub. Allsport.az xəbər verir ki, NTD və “Gəncə” klubları arasında keçirilən final oyununa region təmsilçisi daha fəal başlayıb və ilk hissəni 44-40 hesabı ilə qalib bitirib. Oyunun 3-cü dövrəsindən etibarən üstünlüyü ələ keçirən NTD klubu görüşü 81-72 hesabı ilə qalib tamamlayıb və kubokun sahibi olub. Finalın ən dəyərli basketbolçusu (MVP) NTD-nin müdafiəçisi Detrek Brauninq seçilib.