- Baxış sayı: 41
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
İlk oyun gününün “AHF arena”da keçirilən maraqlı qarşılaşmasında “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər.
Allsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağkişinin idarə etdiyi görüşün deleqatı Avropa həndbol federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb – 15:10.
İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə çalan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.
İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman akademiyası” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda daha inamlı təsir bağışlayan “İdman akademiyası” 32-21 hesabı ilə qalib gəlib.