- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.
Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “İnter”lə “Qəbələ” təmsil edir. Bölgə klubu ötən gecə səfərdə Serbiya “Çukariçki”si ilə qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşdi. Bakılılar isə İslandiya “Hafnarfyordur”u üzərində əzmkar səfər qələbəsinə imza atdılar – 2:1. Məhz “İnter”in bu qələbəsi ölkəmizin reytinq hesabına əlavə 0,250 xal yazdırmış oldu.
Bununla da Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı 11.625-ə yüksəldi. Ölkəmiz 54 ölkə arasında 29-cu pillədədir. 11.625 xaldan 1.125-i cari mövsümdə qazanılıb (“İnter” – 0.500, “Neftçi” – 0.250, “Qəbələ” – 0.250, “Qarabağ” – 0.125).
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
Sonda reytinq cədvəlinin son variantını təqdim edirik:
# | Ölkə | 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | r.xalı |
1 | İspaniya | 20.857 | 17.714 | 23.000 | 20.214 | 2.285 | 84.070 |
2 | Almaniya | 15.250 | 17.928 | 14.714 | 15.857 | 1.714 | 65.463 |
3 | İngiltərə | 15.250 | 16.428 | 16.785 | 13.571 | 1.875 | 63.909 |
4 | İtaliya | 11.357 | 14.416 | 14.166 | 19.000 | 1.333 | 60.272 |
5 | Portuqaliya | 11.833 | 11.750 | 9.916 | 9.083 | 1.333 | 43.915 |
6 | Fransa | 10.500 | 11.750 | 8.500 | 10.916 | 1.333 | 42.999 |
7 | Rusiya | 9.750 | 9.750 | 10.416 | 9.666 | 0.800 | 40.382 |
8 | Ukrayna | 7.750 | 9.500 | 7.833 | 10.000 | 0.800 | 35.883 |
9 | Belçika | 10.100 | 6.500 | 6.400 | 9.600 | 1.000 | 33.600 |
10 | Hollandiya | 13.600 | 4.214 | 5.916 | 6.083 | 0.750 | 30.563 |
11 | Türkiyə | 5.100 | 10.200 | 6.700 | 6.000 | 1.000 | 29.000 |
12 | İsveçrə | 6.000 | 8.375 | 7.200 | 6.900 | 0.100 | 28.575 |
13 | Çex Respublikası | 5.250 | 8.500 | 8.000 | 3.875 | 0.000 | 25.625 |
14 | Yunanıstan | 7.600 | 4.400 | 6.100 | 6.200 | 0.800 | 25.100 |
15 | Rumıniya | 4.333 | 6.800 | 6.875 | 5.125 | 0.875 | 24.008 |
16 | Avstriya | 7.125 | 2.250 | 7.800 | 4.125 | 0.200 | 21.500 |
17 | Xorvatiya | 3.750 | 4.375 | 4.375 | 6.875 | 1.125 | 20.500 |
18 | Kipr | 9.125 | 4.000 | 2.750 | 3.300 | 1.250 | 20.425 |
19 | Polşa | 6.625 | 2.500 | 3.125 | 4.750 | 1.750 | 18.750 |
20 | İsrail | 6.000 | 3.250 | 5.750 | 1.375 | 0.500 | 16.875 |
21 | İsveç | 2.900 | 5.125 | 3.200 | 3.900 | 1.375 | 16.500 |
22 | Belarus | 3.125 | 4.500 | 1.750 | 5.500 | 1.000 | 15.875 |
23 | Şotlandiya | 2.750 | 4.300 | 3.250 | 4.000 | 1.000 | 15.300 |
24 | Danimarka | 3.100 | 3.300 | 3.800 | 2.900 | 1.875 | 14.975 |
25 | Norveç | 2.300 | 4.900 | 2.600 | 2.200 | 2.250 | 14.250 |
26 | Sloveniya | 2.250 | 3.250 | 2.625 | 4.000 | 1.000 | 13.125 |
27 | Bolqarıstan | 1.500 | 0.750 | 5.625 | 4.250 | 0.875 | 13.000 |
28 | Serbiya | 2.125 | 3.000 | 2.500 | 2.750 | 1.500 | 11.875 |
29 | Azərbaycan | 1.375 | 3.000 | 2.500 | 3.625 | 1.125 | 11.625 |
30 | Qazaxıstan | 1.625 | 1.375 | 3.125 | 3.375 | 1.000 | 10.500 |
31 | Slovakiya | 2.375 | 1.500 | 1.625 | 2.750 | 2.000 | 10.250 |
32 | Macarıstan | 2.250 | 3.000 | 0.875 | 2.125 | 1.125 | 9.375 |
33 | Moldova | 0.500 | 2.250 | 3.375 | 1.750 | 0.875 | 8.750 |
34 | İslandiya | 1.375 | 1.250 | 2.500 | 2.500 | 1.000 | 8.625 |
35 | Lixtenşteyn | 2.000 | 0.000 | 1.000 | 2.500 | 3.000 | 8.500 |
36 | Gürcüstan | 2.875 | 1.500 | 1.875 | 1.250 | 0.625 | 8.125 |
37 | Finlandiya | 1.500 | 2.000 | 0.500 | 2.400 | 0.500 | 6.900 |
38 | Bosniya | 1.125 | 1.250 | 1.500 | 1.750 | 1.250 | 6.875 |
39 | Albaniya | 0.875 | 0.750 | 2.000 | 0.875 | 0.875 | 5.375 |
40 | İrlandiya | 1.500 | 1.000 | 0.250 | 2.000 | 0.600 | 5.350 |
41 | Latviya | 0.625 | 1.250 | 1.625 | 0.250 | 1.500 | 5.250 |
42 | Lüksemburq | 1.125 | 1.375 | 1.500 | 0.500 | 0.750 | 5.250 |
43 | Makedoniya | 1.625 | 1.250 | 0.500 | 1.125 | 0.625 | 5.125 |
44 | Çernoqoriya | 0.500 | 1.375 | 1.250 | 0.750 | 1.000 | 4.875 |
45 | Litva | 1.000 | 1.125 | 1.250 | 0.500 | 0.625 | 4.500 |
46 | Estoniya | 0.375 | 0.375 | 1.000 | 1.500 | 1.000 | 4.250 |
47 | Şim.İrlandiya | 0.500 | 1.000 | 0.875 | 1.375 | 0.500 | 4.250 |
48 | Ermənistan | 0.125 | 0.875 | 1.125 | 0.375 | 1.125 | 3.625 |
49 | Farer adaları | 0.500 | 0.500 | 0.875 | 1.375 | 0.375 | 3.625 |
50 | Uels | 0.625 | 0.500 | 0.750 | 0.125 | 1.375 | 3.375 |
51 | Malta | 0.833 | 0.875 | 0.875 | 0.125 | 0.625 | 3.333 |
52 | Cəbəllütariq | 0.000 | 0.000 | 0.000 | 0.250 | 0.750 | 1.000 |
53 | Andorra | 0.000 | 0.000 | 0.333 | 0.500 | 0.166 | 0.999 |
54 | San Marino | 0.000 | 0.000 | 0.333 | 0.000 | 0.000 | 0.333 |