Onlar 16 yaşında tanış olub, ilk görüşdən bir-birilərinə vurulublar

Allsport.az xəbər verir ki, Dmitri Bivol məşhur rusiyalı boksçudur. İdmançı 2016-cı ildə məğlubiyətsiz adlandırılan Feliks Valeranı məğlub edərək yüngül çəkidə VBA çempion olub. Bununla yanaşı Bilov 2006-cı ildə İstanbulda və 2007-ci ildə Bakıda keçirilən U-19 üzrə dünya çempionatında da 1-ci yeri tutub.

Onu bu qələbələrə və inamlı mübarizəyə həvəsləndirən həyat yoldaşı Yekaterina Bivoldur.

Dmitri və Yekaterina 16 il əvvəl – 2007-ci ildə tanış olublar. O vaxt onların cəmi 16 yaşı var idi.

Tanışlıqları ilə bağlı Yekaterina belə deyib:

“Mən çox təcili olaraq Soçiyə, xərçəngdən ölən nənəmin yanına gedirdim. Və hava limanında həyatımın mənası ilə qarşılaşdım. Və uzaqlaşdıq!” .

Dmitri isə o anları belə xatırlayır:

“Mən Soçiyə təlim-məşq toplanışı üçün gedirdim. İlk baxışdan sevgi idi. Soçidə çantamızı götürmək üçün çox uzun müddət gözləməli olduq. Gücünü topladı, anası yanından ayrılan kimi, gəldi və tanış olmaq istədi”.

Həmin kateqoriyadan

azenrutr