- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar” (Rusiya) – “Qəbələ” oyunundan bir gün əvvəl baş tutan mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Arif Daşdəmirov da iştirak edib. Allsport.az təcrübəli müdafiəçinin fikirlərini sizlərlə bölüşür:
“Rusiya futbolu, çempionatı ilə maraqlandığımdan “Krasnodar” barədə də məlumatım var. Onların güclü, səviyyəli futbolçulardan təşkil olunan komanda olduğunu bilirəm. Bu klubun qarşısında ciddi hədəflər durur. Krasnodarın eyniadlı təmsilçisinin hücum xətti çox güclüdür. Lakin rəqib güclü olsa da, biz də zəif deyilik. Limitə görə bəzən heyətdə dəyişikliklər olur. Lakin bunu ciddi problem saymıram. “Qəbələ”nin heyətində yüksək səviyyəli futbolçuların sayı çoxdur. Bu da komandamızda rəqabətin böyük olmasına imkan yaradır. Bu oyunçuların da hər biri istənilən vaxt heyətdə meydana çıxmağa hazırdır”.