- Baxış sayı: 70
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Yüngül çəkidə UFC çempionu (70 kq-a qədər) rusiyalı İslam Mahaçovun məşqçisi Xavyer Mendes açıqlama verib.
Allsport.az xəbər verir ki, meksikalı mütəxəssis ilin ən yaxşı döyüşçüsünü seçib:
“Məncə, bu Aleks Pereyradır. Onu ilin döyüşçüsü seçməyə borcluyam. Aleks bu il üç dəfə döyüşdü və hamısında əla performans göstərdi”.
Pereyra UFC 300-də apreldə keçmiş çempion Camal Hilli nokaut edib, iyun ayında isə UFC 303-də digər keçmiş çempionu İrji Proxazka üzərində qələbə qazanıb. Daha sonra oktyabr ayında UFC 307-də Pereyra amerikalı Xəlil Rountri üzərində nokautla qalib gəlib.