“Ordu” “Neftçi”yə rəqib oldu

13-14 aprel Azərbaycan basketbol liqasında (ABL) pley-in mərhələsinin cavab oyunları baş tutub. Allsport.az xəbər verir ki, “Gəncə” basketbolçuları səfərdə “Lənkəran”a 100-74 hesabı ilə qalib gələrək, pley-in seriyasındakı ümumi hesabı 2-0 ediblər və pley-offda “Şəki” klubuna rəqib olublar. Quba olimpiya idman kompleksində yerli “Quba” klubu “Ordu” ya 88-92 hesabı ilə məğlub olub və mübarizəni pley-in mərhələsində dayandırıb. “Ordu” klubunun pley-offda rəqibi ‘Neftçi” olub. NTD və “Abşeron” klubları arasında keçirilmiş cavab oyununda NTD 67-63 hesablı qələbə qazanıb və pley-in seriyasında ümumi hesabı bərabərləşdib. “Sumqayıt” klubu səfərdə “Sərhədçi” üzərində 100-97 hesablı qələbə qazanaraq seriyada tarazlığı bərpa edib.

Pley-in seriyalarında son oyunlar 16 apreldə baş tutacaq.

Həmin kateqoriyadan

azenrutr