- Baxış sayı: 28
- 27 Mart 2023 03:01
- Baxış sayı: 92
- Mart 26, 2023
- 0
Allsport.az saytı xəbər verir ki, Polşanın neft şirkəti “Alfa Tauri”yə dəstək verəcək. “Orlen”in loqotipi bolidlərin üzərində və sürücülərin kombinezonunda əks olunacaq. Komandanın rəhbəri Frans Tost əməkdaşlıq haqqında danışıb:
“Yeni mövsümdə Mərkəzi Avropanın aparıcı neft və qaz şirkətlərindən hesab olunan “Orlen” ilə müqavilənin imzaladığımız üçün çox şadam. Nyu York şəhərində keçiriləcək təqdimatda bolidlərin üzərində onların loqosunu görməyi səbirsizlənirəm. Gələcəkdə tərəfdaşlığımızı genişləndirməyi düşünürəm”.
“Orlen” bundan öncə “Alfa Romeo” komandasının himayədarı olub.