Orxan Aydın ən yaxşılardan oldu, polis «Qalatasaray»ın azarkeşlərini zaldan qovdu

Milli komandamızın üzvü Orxan Aydının Türkiyə Basketbol Liqasında forma geyindiyi «Muradbəy Uşaq Sportiv» klubu bu gün öz meydanında «Qalatasaray»la görüşüb.

Allsport.az saytı xəbər verir ki, 16-cı tur çərçivəsində baş tutan gərgin mübarizədə «qırmızı-qaralar» adlı-sanlı rəqibinə 7 top fərqi ilə uduzub (79:86).

Görüşün 35-ci dəqiqəsində qalmaqal yaşanıb. «Aslanlar»a tərəfdar azarkeşlər ev sahiblərinin yığışdığı tribunaya yandırıcı maddə alıb. Oyun bir neçə dəqiqəyə dayanıb. Sonra polislər «Qalatasaray»ın fanatlarını idman zalından uzuqlaşdırıblar. Hakim heyətinin sahəyə dönməsi ilə qarşılaşma davam edib.

Bu matçda həmyerlimiz ən yaxşılardan olub. O, «Uşaq Sportiv»ə 12 xal qazanıb. Orxanın komandası hazırda 22 xalla 8-13-cü yerləri bölüşdürməkdə davam edir.

240115 galatasaray taraftar

Həmin kateqoriyadan