- Baxış sayı: 35
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Dünya xeyli müddətdir “taclı bəla” üzündən əziyyət çəkir. Koronavirus bütün sahələri iflic edib. Bundan ən çox ziyan görən fəaliyyət növlərindən biri idmandır. Xeyli zaman sonra, dünən, nəhayət, Almaniya bundesliqası bərpa olunsa da, futbol hələ uzun zaman azarkeşsiz keçiriləcək.
Ölkəmizdə də bu sahədə səssizlikdir. Mayın 16-da baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ayın sonunadək idman tədbirlərinin keçirilməsi və idman zallarının fəaliyyəti qadağası qüvvədə qalıb. Top-komanda növlərindən basketbolda və voleybolda yarışlar sona yetdi və qaliblər erkən müəyyənləşdi. Fotbolda da qeyri-müəyyənlikdir. Bəs həndbolda necə?
AHF-nin vitse-prezidenti Orxan Abbasov allsport.az saytına açılamasında bunu deyib: “Ayın sonunda federasiyada toplantı olacaq. Bundan sonra vəziyyətə uyğun qərar veriləcək. Ola bilər çempionat davam etsin, baxmayaraq ki, əksər legionçuları evlərinə yola salmışıq. Ya da, cari mövsümə son verə bilərik. Onda qalib və mükafatçıları elan edəcəyik. Hər halda, düşünüb, addım atacağıq. Nazirlər kabinetinin verdiyi qərara əsasən hərəkət edəcəyik”.