- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

10-13 noyabrda Antalya şəhərində Beynəlxalq Həndbol Federasiyasının növbəti, 36-cı konqresi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.
Toplantının gündəliyində duran əsas məsələlərdən biri İHF-yə müvafiq yerlərə seçkilərdir. Bundan başqa, yarışların təşkilində və qaydalarında ediləcək dəyişikliklər, eyni zamanda, həndbolun gələcəkdə inkişaf strategiyası da müzakirə olunacaq.
35-ci konqres 2015-ci ilin noyabrında Rusiyanın Soçi şəhərində təşkil edilib.