- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Ötən gün “ABU-Arena”da ölkənin həndbol camiyəsi bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, AHF-nin vitse-prezidenti Orxan Abbasov iştirakçılara federasiyanın prezidenti Saleh Məmmədovun salamını çatdırıb. O, ölkədə idmana göstərilən yüksək dövlət qayğısından söz açaraq, beynəlxalq arenalarda qazanılan uğurların, məhs bunun məntiqi nəticəsi olaraq qiymətləndirib. O, Azərbaycan çempionatının ötən il olduğu kimi, bu mövsüm də gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını deyib, avrokuboklarda çıxış edən klublarımıza uğurlar arzulayıb.
Toplantıda iştirak edən AHF-in baş katibi Yusif Atakişiyev və olimpiya çempionu Rəfiqə Şabanova öz növbələrində, həndbolumuzun inkişafından danışçıblar. Xatırladaq ki, oktyabrın 6-da başlayacaq qadınların superliqasında “Azərsu”, “Azəryol”, “Qarabağ”, “Gənclərbirliyi”, “İdman Akademiyası” və “Olimpiya” (Tiflis, Gürcüstan), ayın 21-də start götürəcək kişilərdə “Bakı”, “Məhsul”, “Təhsil” və U-16 klubları mübarizə aparacaqlar. Yarışın təntənəli açılış mərasimi okytabrın 6-da saat 17:00-da olacaq.