- Baxış sayı: 30
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Şotlandiyanın Qlazqo şəhərində Avropa Həndbol Federasiyasının konqresi öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi tədbirdə AHF-nin prezidenti Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edirlər. Texniki komissiyanın iyunun 18-nə təyin olunan iclası daxil olmaqla, toplantının proqramı və səsverməyə çıxarılacaq mövzular müzakirə edilib. Toplantıda EHF-in prezidentinin, baş katibinin, texniki, yarış, metodiki, çimərlik həndbolu komissiyalarının və qanuni nümayəndənin hesabatları dinlənilib. Həmçinin 2016-2018-ci illərə dair maliyyə hesabatları təqdim olunub, bu il üçün büdcə təsdiqlənib.
Yığıncaqda federasiyanın sabiq prezidenti Jan Brihaultın başçılıq etdiyi işçi qrupunun 2020-ci ildən sonra EHF-də struktur dəyişikliyi ilə əlaqədar tövsiyələri nəzərə alınıb. Bununla yanaşı, milli federasiyalar tərəfindən də təkliflər irəli sürülüb. Norveç konqreslərə müstəqil müşahidəçi dəvət edilməsini, Slovakiya nümayəndələrin təyin olunmasında peşəkarlıq məsələsinin nəzarətdə saxlanılmasını, İsveçə həndbolçuların idman geyimlərinin üzərindəki reklamların əks olunmasını təklif edib.
EHF-in konqresində müzakirəyə çıxarılacaq digər məsələlər arasında 2019–cu ildəki dünya çempionatının Avropa təsnifat turnirinin püşkünün atılması, Avropa Həndbol Federasiyasinin 15-ci illik konqresinin, 2022-ci və 2024-cü illərdə keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi var.
Qadınların çempionlar liqasında ötən ildən tətbiq olunan “sonunsu nokaut” sistemi qalıb. Burada 14 komanda qrup mərhələsinə qatılacaq. 8 klub təsnifatda 2 yer üçün mübarizə aparacaq.