- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Bu gün “ABU arena”da həndbol üzrə 26-cı ölkə çempionatının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AHF-nin vitse-prezidenti Orxan Abbasov, federasiya rəhbəri Saleh Məmmədovun salamlarını yarış iştirakçılarına çatdırdı. Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğıya görə respublika prezidenti İlham Əliyevə təşəkkürünü bildirən natiq, qazanılan uğurları bu dəstəyin nəticəsi olduğunu dedi.
Orxan Abbasov qadınlardan ibarət 1 klubunuzun gələn il çempionlar liqasında çıxış edəcəyini, kişilərdən ibarət “Bakı” klubunun oktyabrın 13-də Bosniyada Çağırış kubokuna mübarizə aparacağını diqqətə çatdırdı. Bunu son vaxtlar həndbolun inkişafı istiqamətində aparılan səmərəli fəaliyyət kimi qiymətləndirən federasiya rəsmisi, yaxın gələcəkdə daha yüksək nailiyyətlərə yetişəcəklərinə inandığını söylədi.