- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Antalyada cüdo üzrə “Böyük dəbilqə”də millinin 66 kq-da aparıcı üzvü Orxan Səfərov bürünc medal üçün görüş öncəsi zədələndiyindən, 5-ci yerlə kifayətlənib və 360 lisenziya xalı qazanıb. Allsport.az saytı xəbər verir ki, o, son durumu ilə bağlı bunu açıqlayıb:
“İlin əvvəlindən gülünc zədələr məni təqib edir. Antalyada son yarışda olduğu kimi. Medal uğrunda mübarizədən zədə səbəbindən kənar qaldım. Həkimlərin göstərişi ilə dərhal əməliyyat olundum.
İndi özümü yaxşı hiss edirəm, həkimlər deyir, 2-3 ay dincəlməliyəm. Daha tez sağalmağa çalışacağam. Diqqət çəkən və yazan hər kəsə təşəkkür edirəm”.