- Baxış sayı: 25
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Ötən mövsüm güclülər dəstəsində klubların futbolçulara ödədikləri məvacibin məbləği açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2024/2025-ci illərdə oyunçulara ən çox maaş vürən “Neftçi” olub. Bu rəqəm 18 milyon 287 min 111 manat təşkil edib.
Bu göstəricidə 2-ci pillədə “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisi futbolçulara 13 milyon 878 min 800 manat ödəyib.
Bu rəqəm “Sabah”da 8 milyon 911 min 200, “Sumqayıt”da 4 milyon 431 min 100, “Səbail”də 4 milyon 385 min 800, “Zirə”də 4 milyon 287 min 627, “Araz-Naxçıvan”da 3 milyon 619 min 200, “Turan Tovuz”da 2 milyon 613 min 900 manat olub.
“Kəpəz” (1 milyon 754 min 700 manat) və “Şamaxı” (1 milyon 4 min 300 manat) ötən mövsüm oyunçulara ən az əmək haqqı verən komandalar sırasında yer alıblar.