- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Yola saldığımız 2014-cü ildə Azərbaycan otüstü hokkeyçilərindən ilk olaraq beynəlxalq yarışlarda mübarizəyə Bakının qadın otüstü hokkeyçilərdən ibarət“Atasport” klubu qoşulub. Allsport.az saytı azhf.az-a istinadən xəbər verir ki, komanda bu ilin aprel ayında Hollandiyanın Hertogenboş şəhərində Avropa Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasında yarışıb. Təəssüf ki, öz qrupunda ilk 2 qarşılaşmada “Amsterdam”, “Railvay Union”(İrlandiya) və İngiltərənin “Readnig” klublarına məğlub olan həmyerlilərimiz qrup sonuncusu olublar.
Beləliklə, “Atasport” klubu 2005-ci ildən “daimi qeydiyyatda” olduğu qitəmiqyaslı Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasındakı yerini itirərək növbəti mövsümdən bir pillə aşağı – “Trofi” divizyonunda mübarizə aparmaq məcburiyyətində qaldı.2014-cü ilin iyun ayında isə Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası 1 il əvvəl “Çelenc I” turnirinin qalibi olmaqla İtaliyanın Kagliari şəhərində keçirilən klublararası Avropa çempionatının “Trofi” divizyonunda mübarizəyə ilk dəfə qoşulub. Son vaxtlar qitəmiqyaslı yarışın “Çelenc” divizyonunda ilə 1 mərhələ irəliləməklə Avropanın ikinci 8-liyinə daxil olan “Atasport” həmin divizyonda ən azı daha 1 mövsüm dayanmalı olub.
“B” qrupunda İrlandiya təmsilçisindən sonra 2-ci yeri tutan hokkeyçilərimiz pley-offda yalnız 3-cü yer uğrunda mübaizə aparmaq məcburiyyətində qalıb. Həmin mərhələdə “Atasport”-un rəqibi digər qrupda II nəticə göstərən İtaliya təmsilçisi- “Amsikora” komandası olub. Həlledici matçda 4:0 hesablı qələbə qazanan kişi otüstü hokkeyçilərdən ibarət Bakının “Atasport” komandası Klublararası Avropa Çempionatının “Trofi” divizyonunda ilk çıxışını yüksək nəticə ilə – 8 iştirakçı arasında III yeri tutmaqla qeyd etdi.
Bu yarışla paralel olaraq Çexiyanın Rakovnik şəhərində keçirilən Avropa Klub Çempionatının “Çelenc I” divizyonunda çıxış edən Azərbaycan çempionu -“Akkord” komandası da qrup mərhələsində II yeri tutub və Pley-Offa vəsiqə qazanıb. Reqlamentə görə “Trofi” divizyonundan fərqli olaraq “Çelenc I” turnirində iştirakçılar Pley-Off mərhələsində çarpaz üsulla görüşüblər. “Akkord” finala və növbəti mövsümdən “Trofi” divizyonuna vəsiqə qazanmaq üçün digər qrupun qalibi- İrlandiyanın daha bir təmsilçisi- “Banbridge” klubu ilə qarşılaşıb. Təəssüf ki, həmin oyunda çempionumuz 3:6 hesabı ilə uduzub və son illərdəki pillə-pillə irəliləmək ənənəsini pozaraq “Çelenc I” divizyonundan irəli gedə bilməyib.
Ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları sentyabrın 23-də son tura yekun vurublar. Əslində son görüşlər elə bir prinsipial xarakter daşımırdı. Belə ki, yarışın başa çatmasına 1 tur qalmış “Atasport”(Bakı) qızıl, ötən illərin çempionu “Akkord” isə gümüş mükafatları özlərinə təmin etmişdilər. Qusarın “Şahdağ” klubu 3-cü , “Atasport” (Sumqayıt) isə sonuncu – 4-cü yeri tutub. Mükafatlandırma mərasimində I-III yerləri tutan komandaların üzvlərinə Gənclər və İdman nazirliyinin diplomları, eləcə də federasiya tərəfindən medallar və pul mükafatları təqdim edilib.
Sentyabrın 26-da bazar günü qadın otüstü hokkey komandaları da çempionatın sonuncu və həlledici oyunlarını başa çatdırıblar. Final mərhələsində son tur çərçivəsində artıq çempionluğu özünə təmin edən Qusarın “Şahdağ” komandası Şəmkir hokkeyçilərinə 1:0 hesabı ilə qalib gələrək 16 xalla qızıl medallara layiq görülüb. “Atasport-Binə” və “Akkord”(Sumqayıt) komandalarının qarşılaşmasında Binə təmsilçiləri gərgin oyunda “Akkord”-u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və 9 xalla II yeri tutub. “Şəmkir” komandası ölkə birinciliyinin bürünc mükafatına sahib olub. Son görüşlərinin uğursuz keçirən “Akkord” isə yarışı 4 xalla –sonuncu 4-cü yerdə başa vurub. Yekunda komandalara müvafiq medallarla yanaşı, diplomlar, I yerin sahiblərinə isə pul mükafatları təqdim edilib.