- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundu start götürüb. Allsport.az xəbər verir ki, otüstü hokkeyçilərimizin reytinqi kifayət qədər sanballı olduğundan, Azərbaycan seçməsi mübarizəyə orta mərhələdən başlayıb.
«B» qrupunda yer alan qızlarımız ilk yarış günü trinidad-tobaqolu həmkarları ilə görüşüb. Üstün oynayan Azərbaycan seçməsi yarışa qələbə ilə başlayıb – 5:1. Bizdən bütün qolları 2 hokkeyçi vurub. Fəridə Məmmədova (4, 46) dubl, kapitan Xatirə Əliyeva (35, 48, 50) het-trik edib.
Dünən qızlarımız Fransa kollektivi ilə qarşılaşıb. Gərgin mübarizədə bu matçdan da millimiz qalib ayrılıb – 3:2. Hesabı 3-cü dəqiqədə Mahirə Əhmədova açıb. Otüstü hokkey məktəbimizin digər yetirməsi Lyubov Drujinina 2 qol (17,46) vuraraq, yığmamıza qələbə gətirib.
Sabah Adil Paşayevin rəhbərlik etdiyi komanda Keniya millisi ilə qarşılaşacaq. «B» qrupunun lideri Afrika təmsilçisi ilə bir dəfə Bakıda keçirilmiş dünya reytinqli turnirdə qarşılaşıb və rəqibini böyük hesabla məğlub edib. Mütəxəssislər, bu matçda millimizin qalib gəlməsinə şübhə etmirlər.
«A» qrupunda İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının otüstü hokkeyçiləri yer alıblar. İlkin etap başa çatdıqdan sonra 1/4 final başlayacaq. Fevralın 19-da hər qrupun qalibi digərində 4-cü yeri tutan seçmə komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cücüsü ilə üz-üzə gələcək. Daha sonra çərək finalın qalibləri fevralın 21-də yarımfinalda qarşılaşacaq.
Final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda bürünc medal qazanan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində baş tutacaq eyni yarışların yekununda, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.