- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Uruqvayın paytaxtı Montevideoda keçirilən qadınların Dünya Hokkey Liqasının 2-ci raundunun yarımfinal görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, finala çıxışda millimiz italiyalı həmkarları ilə qarşılaşıb.
Üstün oyun nümayiş etdirən rəqib, komandamızın qapısına 4 cavabsız top vurub. Məğlubiyyətə baxmayaraq, komandamız 3-cü raunda adlamaq imkanını saxlayıb. Bunun üçün otüstü hokkeyçilərimiz feralın 23-də 3-cü yer uğrunda matçda Meksika yığmasını üstələməlidirlər.
Gələn ay martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində keçiriləcək eyni yarışların yekununda, bürünc medal qazananlar arasında ən yüksək reytinqə malik milli komanda mərhələyə çıxmaq hüququna yiyələnəcək.