Otüstü hokkeyçilərimiz yarımfinala çıxa bilmədi

Bu gün Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundunda şərti 1/4 final mərhələsinin oyunları keçirilib.

Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz «B» qrupunda sonuncusu kimi digər yarımqrupda ilk sıranı tutan ev sahibləri ilə qarşılaşıb.

Gərgin mübarizədə yerli komanda ilk yarım saatda qapımızdan 3 top keçirsə də, 44 və 50-ci dəqiqələrdə Əli Şahbaz hesab arasında fərqi minimuma çatdırıb. Təəssüf ki, yığmamızın bundan artığına gücü çatmayıb.

Millimiz ayın 14-də 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Bu raundda rəqibimiz Çex Respublikasıdır. Qrup mərhələsində otüstü hokkeyçilərimiz slavyanları pentilərdə üstələmişdi.

Həmin kateqoriyadan