- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Azərbaycan basketbol liqasının final sıralamasının 3-cü oyununda “Sabah” qələbə ardıcıllığını gətirə bilməyərək “Neftçi”yə 76:79 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis bunu söyləyib:
“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq, faciə baş verməyib. Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu.
Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi, burada da “vurmayana vurarlar” prinsipi keçərlidir”.