“Oyunun tempi tez-tez düşürdü”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev premyer liqanın XI turunda “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, o, qələbəni belə şərh edib:

“Zəfər günü münasibəti ilə hər birinizi təbrik edirəm. Xalq olaraq ən böyük qələbəmizi qazanmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Oyunla bağlı çox danışmaq istəmirəm. Ağır matç oldu. Oyuna yaxşı başlamadıq. Top itkiləri çox oldu və rəqib də bundan istifadə etdi. Buna baxmayaraq, vacib qələbə sayəsində liderlər qrupundan uzaqlaşmadıq.

Heyətimiz genişdir, rotasiyalar edirik. Əsas heyət üzvü deyə bir seçim yoxdur. Tərlana 3-4 tur əvvəl də fürsət vermək istəyirdik, bəyəndiyim, güvəndiyim qapıçıdır. Sadəcə həmin vaxt Avram millidən qayıtmışdı, vəziyyətə uyğun olaraq onu ehtiyatda saxlamadıq.

Hər komandanın öz oyun üslubu, yanaşması var. Oyunun tempi tez-tez düşürdü. Futbolçular 2-3 dəqiqə sürəti artıran zaman yenidən fasilə yaranırdı. Belə olmağını istəmirdik”.

Həmin kateqoriyadan