- Baxış sayı: 28
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Almaniya və Türkiyə futbolunun canlı əfsanəsi Məsud Özil Bakıya gələcək.
Allsport.az xəbər verir ki, Özil paytaxtımıza “Qarabağ”ın dəvətiylə gəlir:
“Dəyərli azarkeşlərimiz!
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Məsud Özil qonağımız olacaq!
Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!
Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun arena”da başlayacaq.