- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləşçilərimiz oktyabrın 18-dən Dağıstanın Xasavyurt şəhərində yerli pəhləvanlarla birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi noyabrın 3-dək davam edəcək.
Sərbəst güləşçilər DÇ-də noyabrın 5-dən 7-dək mübarizə aparacaq.