- Baxış sayı: 303
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşi millisi rekord müəyyənləşdirib. Allsport.az xəbər verir ki, mundialda 4 medal qazanan yığma tarixdə ən yaxşı göstəricisinə nail olub.
Ölkəmizin klassik güləşçiləri DÇ-lərdə bunadək ən yaxşı halda 3 medala sahib çıxmışdılar.
Bundan başqa, 6 illik fasilədən sonra yunan-Roma millimiz komanda hesabında DÇ-də ilk “3-lük”də yer almağa çox yaxındır. Hazırda yığmamız 87 xalla Rusiya və İrandan sonra 3-cü pillədə qərarlaşıb.
Son yarış günündə daha 2 təmsilçimiz komandamızın aktivinə medal yazdıra bilər. Taleh Məmmədov (63 kq) birbaşa 3-cülük görüşünə qatılacaqsa, 67 kq-da yarışan Həsrət Cəfərov təsəlliverici mərhələdə mübarizə aparacaq.