- Baxış sayı: 33
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Bu gün Avropa Oyunlarında boks üzrə yarışların final görüşləri keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən daha biri – Pərviz Bağırov da rinqə çıxıb.
69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya boksçusu Aleksandr Besputinlə qarşılaşıb. Görüş azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb – 3:0. Nəticədə, Bağırov Azərbaycana boks yarışlarında növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, əvvəlki günlərdə Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81 kq) qızıl medal qazanmışdı. Bu gün isə Səlimovdan öncə Albert Səlimov (60 kq) və Əbdülqadir Abdullayev (91 kq) çempion olmuşdu.
Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq), Yana Alekseyevna (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə bürünc medala sahib çıxmışdılar.