Palmer Holandla Salahı qabaqladı

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer ötən mövsümün əvvəlindən İngiltərə premyer liqasında məhsuldarlıq reytinqinə başçılıq edir.
Allsport.az xəbər verir ki, ingilis futbolçunun 28 qol və 16 məhsuldar ötürməsi var ki, bu da cəmi 44 məhsuldar hərəkət edir.
İkinci yerdə “Mançester Siti”nin hücumçusu Erlinq Holand 42 (37+5), üçüncü yerdə isə 38 (23+15) ilə “Aston Villa”nın hücumçusu Olli Uotkins qərarlaşıb. İlk 5-liyə həmçinin “Liverpul”un hücumçusu Məhəmməd Salah (36 – 22+14) və “Arsenal”ın vinqeri Bukayo Saka (34 – 18+16) daxil olub.

Həmin kateqoriyadan