- Baxış sayı: 53
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0

“Komandam yaxşı oynadı. Rəqiblə müqayisədə daha üstün idik”. Allsport.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
O, “Qəbələ” ilə heç-heçəni yaxşı nəticə saydığını bildirib: “Əlbəttə, Bakıya qələbə üçün gəlmişdik. Ancaq səfərdə “Qəbələ” kimi klubla oynamaq elə də asan deyil. Məğlub ola da bilərdik. Buna görə də bir xalı da yaxşı nəticə hesab etmək olar”.