- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Xaris Xarisis Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, eləcə də Almaniya “Borussiya”sı (Dortmund) və Rusiya “Krasnodar”ı ilə bir qrupa düşmələrinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Biz hamımız “Borussiya” ilə bir qrupa düşməyi çox istəyirdik. Çünki yalnız belə olan halda Dortmunda gedə, möhtəşəm stadionda oynamaq şansı əldə edə bilərdik. Fikrimcə, bu, inanılmaz təcrübə olacaq. Hədəfimiz evdə keçirəcəyimiz bütün oyunlardan qalib ayrılmaq və səfər oyunlarında mümkün qədər yaxşı çıxış etməkdir. Asan qrup deyil. “Qəbələ” “Panatinaikos”u mübarizədən kənarlaşdırıb. Biz bu komanda ilə oyunlarda arxayınlaşmaqla oxşar səhvə yol verə bilmərik”.