Parabadmintonçuların məşğələsi

Bakıda keçirilən dünya badminton federasiyasının parabadminton üzrə texniki seminarına yekun vurulub.

Allsport.az xəbər verir ki, 17-19 noyabrı əhatə edən beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə, o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edib.

Beynəlxalq paralimpiya komitəsi (İPC), gənclər və idman nazirliyi (GİN), milli paralimpiya komitəsi (ARMPK), dünya badminton federasiyası (BWF), Avropa badminton konfederasiyası (Badminton Europe) və Azərbaycan badminton federasiyasının birgə dəstəyi ilə təşkil olunan seminarda parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçirilib.

Bağlanış mərasimində çıxış edən BWW rəsmisi Con Şirer, MPK prezidenti Hidayət Abdullayev və ABF prezidenti Taleh Ziyadov seminar iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Təşkil olunan seminarın iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin bu idman növünün kütləviliyinə dəstək baxımından mühüm fayda verəcəyini bildiriblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Həmin kateqoriyadan