- Baxış sayı: 58
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Milli paralimpiya komitəsinin (MPK) rəhbərliyi Avropa gənclər paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.
Allsport.az xəbər verir ki, tədbirdə MPK-nın prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər.
Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.
Paralimpiyaçılarımız 7 idman növü üzrə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
MPK komandasının debüt edəcəyi 7-ci Avropa gənclər paralimpiya oyunları 21-28 iyulda İstanbulda təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək oyunlarda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növündə medallar uğrunda mübarizə aparacaq.
Avropa gənclər paralimpiya oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə iyulun 27-də keçiriləcək.